RU
“İnter”də ikinci Mançini dönəmi başa çatdı
17:06
1901

“İnter”də ikinci Mançini dönəmi başa çatdı

İtaliyanın “İnter” klubu baş məşqçi Roberto Mançini ilə yollarının ayırıb.

7News.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, müqaviləyə xitam tərəflər arasında qarşılıqlı anlaşmaya əsasən verilib. 

İtaliya mətbuatının iddiasına görə, Mançini “İnter”dən 2-2,5 milyon avro arası təzminat da alacaq.

Yerli KİV-in digər bir xəbərinə görə, artıq “İnter” yeni baş məşqçi ilə müqavilə bağlayıb. Komandaya məşhur hollandiyalı Frank de Bur rəhbərlik edəcək. Müqavilə müddətinin 3 il olacağı bildirilir.

Qeyd edək ki, 2004-2008-ci illərdə “İnter”i çalışdıran Mançini bu zaman ərzində 3 A Seriyası çempionluğu, 2 İtaliya Kuboku, 2 İtaliya Super Kuboku qazanmağı bacarmışdı. 2014-cü ildən başlayan ikinci dönəmində isə Mançini fiaskoya uğrayaraq, heç bir uğur əldə edə bilməyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ