RU
18:07
1179

"İnter"dən daha bir transfer

İtaliya "İnter"i heyətini daha bir futbolçu ilə gücləndirib.

7News.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Milan təmsilçisi "Sevilya"dan Ever Baneqanı transfer edib.

Bu barədə açıqlama verən argentinalı futbolçu xəbəri təsdiqləyib: "Hazırda yığmanın heyətindəyəm. "İnter"lə anlaşmışam. Amerika kubokundan sonra "İnter"in düşərgəsinə qoşulacam" - deyə 27 yaşlı yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, "İnter" daha öncə "Fənərbaxça"dan Caner Erkini transfer edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ