Saxalində əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulan Kirov ev-internatında xadimə qız uşağını qaynar suyla dolu vannada qoyaraq, çıxıb gedib. Uşaq aldığı şokdan dünyasını dəyişib.
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Saxalin vilayəti üzrə İstintaq komitəsi idarəsinin saytında bildirilir.
Məlumata əsasən, palatanın sanitar işçisi qızı çimdirmək üçün vannaya qoyub, ilıq suyu açaraq pampers və dəsmal dalıyca gedib. Qayıdanda isə krandan qaynar suyun axdığını və qızın bədənində yanıq izlərinin olduğunu görüb. Təcili tibbi yardım çağırsa da, uşağı xilas etmək mümkün olmayıb. Onun ikinci dərəcəli yanğın xəsarətinin şokundan öldüyü bildirilir.
Qadın barəsində cinayət işi açılıb.

7News.Az