RU
İnternet yoxluğu nəqliyyata da təsir edib
00:50
805

İnternet yoxluğu nəqliyyata da təsir edib

Azərbaycanda internetin kəsilməsi nəqliyyat sektoruna da təsir edib.

7News.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, internetin kəsilməsi yollarda tıxac yaratmasa da, bəzi problemlərə səbəb olub:

“Yollarda vəziyyət normaldır. Hazırda kameralar vasitəsilə yollardakı vəziyyəti müşahidə edə bilirik. Amma avtobus dayanacaqlarındakı monitorlara məlumatların ötürülməsi dayanıb. Mərkəzin "qaynar xətt"i də işləmir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ