RU
İnternetdə sonu ÖLÜMƏ SƏBƏB OLAN OYUN: 150 gənc bu yolla həyatını itirdi
13:18
724

İnternetdə sonu ÖLÜMƏ SƏBƏB OLAN OYUN: 150 gənc bu yolla həyatını itirdi

İnternetdə oynanılan oyun Qırğızıstan, Ukrayna və Rusiyada iki il ərzində 150 gəncin ölümünə səbəb olub.

7News.az xarici mediaya istinadən xəbər verir ki, artıq Avropa Birliyi bununla bağlı həyəcan təbili çalır.

Belə ki, sosial şəbəkələrdə oynanılan oyun iştirakçılardan özlərinə əzab vermələrini, qorxulu filmlər izləmələrini, gecə yarı oyanmalarını və ən sonda intihar etmələrini təlimatlandırır. Belçika Federal Prokurorluğu son günlər ölkədə gənclər arasında intiharların səbəbi kimi əlaqələndirilən oyunun qadağan edilməsi ilə bağlı valideynləri və məktəbləri xəbərdar edib. Prokurorluq polisin də bu cür reaksiyalara diqqətli yanaşmasını tələb edib.

Prokurorluğun sözçüsü Erik Vander Syip "Flaman” telekanalına verdiyi açıqlamada əsasən zəif xarakterli və ya özünü yaxşı hiss etməyən insanların bu oyunu oynadıqlarını deyib. Oyuna qatılan eyni vəziyyətdə olan insanlar bir çox məsələdə, həmçinin intiharla bağlı bir-birilərini təşviq edirlər.

Prokurorluq ölkədə 18 uşağın bu oyunu oynadığını müəyyən edib. Ancaq oyunun səbəb olduğu hallarla bağlı hələ dəqiq nəticə əldə edilməyib.

50 mərhələli oyunun ən sonuncu tələbi intihardır. Buna görə də ona "intihar oyunu”da deyirlər.

Beynəlxalq Polis Təşkilatı (İnterpol) keçən həftə bu oyunla bağlı Belçikaya xəbərdarlıq göndərib. Xəbərdarlıqda iki il əvvəl Rusiya social mediası tərəfindən gündəmə gətirilən oyunu oynayan onlarla gəncin intihar etməsinə diqqət çəkilib.

Rusiyada iki gənc tərəfindən hazırlanan oyunu əldə etmək çox çətindir. Onu sadəcə gizli saytlardan əldə etmək olur. Bu zaman oyunu oynamaq istəyən şəxsə gələn şifrə ilə virus da yönləndirilir və onun bütün şəxsi məlumatları ələ keçirilir. Oyunun iştirakçını ölümə apardığını hiss etməsi belə heç nəyi dəyişdirmir. Çünki oyundan çıxmaq istədiyiniz halda idarəçilər şəxsi məlumarları yaymaqla şantaj edir, çox zaman öldürməklə hədələyirlər. Yəni oyuna başlayana hər kəsi sonda ölüm gözləyir. 50 tələbin 50 gün boyunca yerinə yetirilməsi tələb edilir. Hər tələbi yerinə yetirdiyinizi foto ilə təsdiqləməlisiniz.

Qeyd etdiyimiz bu səbəblər, oyunun xüsusən, gənc və yeniyetmələr üçün təhlükəli olmasını nəzərə alaraq onun adını təqdim etmədik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ