RU
İnternetdə tanış olduğu kişiyə 159 mindən çox mesaj göndərən qadın həbs olundu - FOTO
14:11
290

İnternetdə tanış olduğu kişiyə 159 mindən çox mesaj göndərən qadın həbs olundu - FOTO

Xoşlandığı oğlana 159 mindən çox mesaj göndərən qadın polis tərəfindən saxlanılıb.

 ABŞ-ın Arizona ştatının Finiks şəhərində yaşayan Jacqueline Ades adlı qadın təhdid və təcavüzdə ittiham olunaraq həbs edilib.

Sosial şəbəkədə tanış olduğu oğlana 10 ay ərzində 150 mindən çox mesaj yazan qadının "sms"lərinin birində təhdid də olub. Belə ki, qadın "mən sənin böyrəklərini suşi etmək, qanında çimmək istəyirəm" deyə, mesaj da yazıb.

Qadın aşiq olduğu şəxs tətildə olarkən onun vanna otağına girərək duş qəbul edib və görüntüləri kişiyə göndərib. Bundan qorxuya düşən kişi polisə xəbər verib.

 

Əvvəllər qadının 65 min mesaj yazdığı düşünülsə də, araşdırmalar nəticəsində məlum olub ki, mesajların sayı 159 mindir.

Onun psixoloji problemlərinin olduğu düşünülür.

Qeyd edək ki, qadının mesaj yazdığı şəxs məşhur kosmetik firmanın sahibidir. Onun adı müəyyən səbəblərə görə açıqlanmır./milli

7News.Az

İnternetdə tanış olduğu kişiyə 159 mindən çox mesaj göndərən qadın həbs olundu - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ