RU
İnterpolla axtarılan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb - FOTO
14:40
451

İnterpolla axtarılan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb - FOTO

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb. 

7news.Az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla məlumat verir. 

Məlumata əsasən, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində "Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun "qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır. 

Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ