"Qaziantepspor" evində intihar edən 31 yaşlı çexiyalı oyunçusu Rajtoralda 2008-ci ildə xroniki yorğunluq sindromu xəstəliyinin təsbit edildiyi ortaya çıxıb.
"Banik Ostrava" forması geydiyi 2008-ci ildə ilk olaraq bu xəstəliyin diaqnozu qoyulduğu, "Viktoria Plzen"də oynadığı 2014-ci ildə da xroniki yorğunluq sindromundan əziyyət çəkdiyi müəyyən edilib. Çexiyada son dövrdə bir çox məşhur idmançının eyni xəstəliyə tutulduğu, tennisçilər Radek Stepanek, Nilkole Vaidisova, hokkeyçi Milan Hnilickanın bu cür idmançılardan olduğu bildirilir.
7News.az Skorer-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun intiharında "Qaziantepspor"un digər çex futbolçusu Daniel Kolarla ötən yaxın aylarda yollarını ayırması da diqqət çəkən məqamlardan hesab edilir. 31 yaşlı Koların gedişiylə Rajtoralın "Qaziantep"dəki təklik hissinin artdığı iddiaları çoxalıb.
Sevgilisi ilə ötən il ayrılan Rajtoral sentyabr ayında Türkiyəyə gələrkən "İndi bir tək sevgilim Kolardır" deyə zarafat etmişdi.
7News.az










