RU
İntiharın səbəbi 7 il sonra üzə çıxdı - Burcu ölümündən bir neçə dəqiqə öncə... - VİDEO
16:55
574

İntiharın səbəbi 7 il sonra üzə çıxdı - Burcu ölümündən bir neçə dəqiqə öncə... - VİDEO

Antalyada 7 il əvvəl özünü yaşadığı binanın eyvanından atarq intihar edən 22 yaşlı modelin ölüm səbəbi ortaya çıxıb. 

7News.az haberler-ə istinadən xəbər verir ki, Burcu Çağlayana ölümündən qısa bir müddət əvvəl təcavüz edildiyi ortaya çıxıb.

Təcavüz etməkdə təqsirləndirilən turizm şirkəyinin rəhbəri Başer Ö. haqqında iddia qaldırılıb.

Antaliyada evli olan 1 uşaq anası Burcu Çağlayan 2010-ci ilin 24 iyul gecəsi iş adamı İbrahim Tokgözün evinin eyvanından elektron mağazasının damına çırpılaraq ölüb.

İfadəsi alınan İbrahim Tokgöz sərbəst buraxıldıqdan sonra ortadan itib.

Burcu Çağlayanın ölümüylə əlaqədar Antalya 2-ci Ağır Ceza Məhkəməsində iddia açılıaraq haqqında həbs qərarı çıxardılan İbrahim Tokgöz 6 il sonra ifadə vermək üçün gəldiyi məhkəmə binasında həbs olunub.

Burcu Çağlayanın ölümüylə əlaqədar göstərilən iddiada şahidlərdən bəziləri mərhumun hadisədən qısa müddət əvvəl aparıldığı evdə təcavüzə uğradığını iddia edirlər.

Burcu Çağlayanın iş yoldaşı olmuş və məhkəmədə şahid kimi ifadə verən Yaşar T. bunları deyib:

"Bir gün işə gələndə Burcu kresloda yatırdı. Oyatdıq, məni görüncə ağlamağa başladı. Təcavüzə uğradığını söylədi. Burcu "Axşam bəzi şəxslər tərəfindən zorlandım. Məni İbrahim Tokgözə aparacaqlarını söylədilər. Səhər oyandığımda başqa birinin qollarındaydım dedi, amma onun kimliyi ilə bağlı məlumat vermədi".

Burcu Çağlayanın təcavüzə uğradığına dair şahid ifadələrinə əsasən, şübhəli Başer Ö. haqqında Antalya 2-ci Cəza Məhkəməsində iddia açılıb.

Məhkəmə təxirə salınıb.//milli.az

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

İntiharının səbəbi 7 il sonra üzə çıxdı - İntihardan bir neçə dəqiqə öncə...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ