Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Alena Bağışovanın (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
7news.az xəbər verir ki, ötən il sentyabrın 12-də yaşadıqları Qusar rayonunun Ləcət kəndində Alena Bağışova ona qarşı əxlaqsız və cinsi əlaqəyə girməyi təklif edən qardaşı Bağış Bağışovu qətlə yetirib.
İttiham aktına əsasən, səhər saat 4.30-da Bağış digər ailə üzvləri - anası, nənəsi və balaca qardaşının başqa otağda yatmasından istifadə edib, Alenanın tək yatdığı otağa daxil olub. İntim əlaqədə olmaq təklifinə o rədd cavabı verib, lakin qardaşının ondan əl çəkməyərək üstünə gəldiyini görüb, bu səbəbdən divara söykənmiş dəmir pərdə karnizini götürüb, bi dəfə Bağışın sifət nahiyyəsinə zərbə endirib və fürsətdən istifadə edərək, həyətə qaçıb. Odun parçalarının arasında gizlənməsinə baxmayaraq, qardaşı onu təqib edib və tutmaq istəyib. Alena odunların arasında olan baltanı götürərək Bağışıb başından bir zərbə vurub. Yerə yıxılıb, qışqıan Bağışın səsinin qarşısını almaq üçün onun baş nahiyyəsinə əlavə bir neçə dəfə də zərbələr endirib. Bununla da, B.Bağışovun baş beyin toxumasının qansızmasına səbəb olan xəsarətlər yetirməklə, onu qətlə yetirib. Daha sonra cinayətin izini gizlətmək üçün meyiti evlərindən kənardakı, özlərinə məxsus findığ ağacının dibində qazdığı xəndəkdə basdırıb. Bundan sonra həmin sahənin qazıntı izini itirmək məqsədi ilə bir neçə dəfə oranı sulayıb və onun hərəkətlərinə təəcüb edən anasına orada qarpız əkəcəyini deyib. Bu il iyunun 2-də Rafil Bağışov ot biçmək məqsədi ilə qonşusu Azər Tayıbovla o əraziyə getdikdə, meyit basdırılan yerdən üfunət iyinin gəlməsini hiss edərək, şübhələnib. Həmin yeri qazaraq əvvəl kisələr, onların içində isə insan sümükləri aşkar ediblər. Dərhal sonra Rafil bu barədə anasına danışıb, sonuncu da insan meyitinin qalıqlarını görərək
RPŞ-nə məlumat verib. Dərhal sonra göstərilən yerə ekspertin iştirakı ilə baxış keçirib, iş üzrə müvafiq ekspertizalar təyin olunub. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, qalıqları tapılan cəsəd B.Bağışova məxsusdur. Aparılmiş istintaq-əməliyyat yolu ilə müəyyən edilib ki, cinayəti Alena Bağışova törədib.
Məhkəmə prosesində A.Bağışova ittiham üzrə özünü təqsirli hesab edərək ifadə verib.
Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.









