RU
İntizamsızlığa görə qovulan futbolçu “Neftçi”də
14:13
1179

İntizamsızlığa görə qovulan futbolçu “Neftçi”də

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

7News.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu İspaniyanın "Qranada" klubunun hücumçusu Denilson Pereyra Junioru heyətinə qatıb.

Braziliyalı futbolçu "Neftçi"də 1 illik icarə əsasında çıxış edəcək. Qeyd edək ki, 21 yaşlı hücumçu "Qranada"ya 2013-cü ildə "Fluminense"dən transfer edilib. O, ötən mövsüm intizamsızlığına görə, "Qranada"nın əsas komandasından qovulub.

Denilson "Qranada B"də 38 oyuna 10 qol vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ