Bir çox sürücülər onlara yazılan inzibati protokoldan şikayət edir.
Bəzi sürücülər deyirr ki, polis onları cərimələyir, amma sistemə vurulanda adlarını tapa bilmirlər. Bəs inzibati pozuntu necə rəsmiləşdirilir?
Ekspert Ərşad Hüseynov bu barədə 7News.Az-a açıqlama verib: “Yeni İnzibati Xətalar Məcəlləsi martın 1-dən qüvvəyə minəcək. Həmin məcəllədə göstərilir ki, əgər inzibati xəta haqqında protokol avtomatik rejimdə işləyən xüsusi invartar tərəfindən qeydə alınırsa, dərhal protokol tərtib olunmalıdır. Həmin protokol dərhal Dövlət Yol Polisinin sistemində yerləşdirilməlidir. Sistemdən də dərhal ötürülməlidir avtomatik ödəniş sisteminə.
Əgər polis sürücünü yerində saxlayıb protokol və ya qərar yazanda həmin qərarı bolt kompüteri varsa, ordan dərhal sistemə yerləşdirməlidir. Polisin həmin an bolt kompüteri yoxdursa, o zaman bolt kompüter olanda, məsələn, iş gününün sonunda sistemə yerləşdirməlidir. Bu sistemdən də yenə eyni qaydada avtomatik ödəniş sisteminə. Bu vəzifələrin icra edilməməsi səbəbindən, məsuliyyət daşıyan polis əməkdaşını 500 manatdan 700 manata qədər cərimə olunmasına səbəb ola bilər”.








