İsraillə sərhədi olan İordaniya sərhəd təhlükəsizliyini artırmaq üçün ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemi tələb edib.
7NEWS.az xəbər verir ki, İsraillə ən uzun sərhədi paylaşan İordaniya bölgədəki qarşıdurmalara görə sərhəd təhlükəsizliyini artırmaq üçün hərəkətə keçib. İordaniya Ordusunun sözçüsü briqada generalı Mustafa Hiyari dövlət televiziyasına verdiyi açıqlamada, "ABŞ-dan müdafiəmizi Patriot hava hücumundan müdafiə sistemləri ilə gücləndirməsini istədik" dedi.
7NEWS.az








