Texnologiya dünyasının maraqla gözlədiyi iPhone 7 modeli bu gün ABŞ-ın San Fransisko şəhərində təqdim olunacaq.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, təqdimat Bakı vaxtı ilə 21.00-da baş tutacaq.
Yeni modelin iPhone 6-dan fərqli dizaynda, Sony və Samsumg markaları kimi suya davamlı olacağı bildirilir. Bundan əlavə İPhone 7 ilə 4K keyfiyyətində video çəkilişi aparmaq olacaq.








