RU
“iPhone 7”nin qiyməti məlum oldu
12:16
1408

“iPhone 7”nin qiyməti məlum oldu

Amerikada "iPhone 7” və "iPhone 7 Plus” modelləri rəsmi olaraq ictimaiyyətə təqdim olundu.

7News.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki telefon bir neçə rəng versiyası ilə satılacaq.

Telefonların ən böyük özəlliyi isə su və toz keçirməz olmasıdır. Bundan başqa, "iPhone 7 Plus” iki ədəd arxa kamerası var.

Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq və fokuslanma daha stabildir. "iPhone 7”nin ön kamerası 7, arxa kamerası isə 12 meqapikseldir.

Maraqlı cəhət budur ki, bu modellərdə qulaqcıq girişi yoxdur. Əgər mahnıya qulaq asmaq istəsəniz uzaqdan qoşula bilən (Bluetooth) qulaqlıqlardan istifadə etməlisiniz.

Telefonların qiymətinə gəldikdə isə, "iPhone 7” 649 dollar, "iPhone 7 Plus” isə 749 dollardan satışa çıxacaq. Azərbaycanda isə hansı qiymətə olacağı yaxın günlərdə dəqiqləşəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ