RU
iPhone bahalıdır, qiyməti aşağı sala bilərik
13:00
2373

iPhone bahalıdır, qiyməti aşağı sala bilərik

iPhone qiymətinin baha olduğuna dair iddialara cavab olaraq Apple-ın İcraçı Direktoru Tim Kuk, "Fərq etdim ki, qiymətlər çox yüksəkdir. Müəyyən dərəcədə qiyməti salmaq üçün bir şeylər etmək istəyirik" deyib.

7News.Az xəbər verir ki, Apple-ın İcraçı Direktoru Tim Kuk, Hindistanda iştirak etdiyi televiziya proqramında iPhone qiymətləri barədə danışıb. Kuk, ilk dəfə mövzu ilə bağlı bu qədər açıq şərh edib.

iPhone satışları ötən rübdə 16 faiz azalıb. Android hər yerdə olduğu halda, iPhone bazar payını itirməyə başlayıb. Analitiklər satışlarda azalmanın il ərzində davam edəcəyinə inanırlar.

iPhone-un çox bahalı olduğunu qəbul edən Kuk, şirkətin qiymətləri aşağı salmağı müzakirə edəcəyini deyib. Kuk, "Fərq etdim ki qiymətlər çox yüksəkdir. Müəyyən dərəcədə qiymətləri aşağı salmaq üçün bir şeylər etmək istəyirik" deyib. Bu açıqlama, iPhone qiymətləri məsələsində ən səlahiyyətli ağızdan gələn çox mühüm bir etiraf kimi şərh olunarkən, ən yaxşı məhsulları satdığını düşünən şirkətin qiymət siyasətini dəyişdirə biləcəyi siqnalı olaraq da qəbul edilir.

IPHONE 7-də QULAQLIQ GİRİŞİ YOXDUR İDDİASI

Apple-ın sentyabr ayında təqdim etməsi gözlənilən iPhone 7 ilə bağlı iddialar gəlməkdə davam edir. Daha əvvəl Apple-ın hələ təqdim etmədiyi cihazları ilə bağlı xəbərlər verən Nowhereelse.fr-in əldə etdiyi vizual cihazın qulaqcıq girişinin olmadığı görünür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ