Yaponiyanın paytaxtı Tokioda orta məktəbdə oxuyan 14 şagird "super ədviyyatlı" kartof çipsləri yedikdən sonra xəstəxanaya yerləşdirilib.
7NEWS.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Tokionun Ota rayonundakı Rokuqo Koka Liseyində 13 qız və bir kişi şagird ürəkbulanma və qarın ağrısından şikayətlənib. Araşdırmada şagirdlərin məktəbə "18+ köri çipsi” etiketli və "super ədviyyatlı” kimi tanınan kartof çipsləri gətirdikləri müəyyən edilib.
7NEWS.az








