RU
İqbal Ağazadə ilə Rauf Arifoğluna yeni rəqib gəlir
11:30
274

İqbal Ağazadə ilə Rauf Arifoğluna yeni rəqib gəlir

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Araz Əlizadə təkrar seçkilərə qatılmağı düşünür.

 

 7News.Az  xəbər verir ki, bu barədə Modern.az-a Araz Əlizadə özü məlumat verib. 


O, qeyd edib ki, səhhəti imkan verdiyi təqdirdə təkrar seçkilərdə iştirak edəcək:
 

"Hələlik qəti bir qərarım yoxdur. Sağlamlığım imkan verərsə, seçkilərə qatılacağam. 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olmağı düşünürəm”.
 

Qeyd edək ki, A. Əlizadə V Çağırış Milli Məclisdə də 35 saylı Xətai üçüncü seçki dairəsini təmsil edib.

 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ