RU
İqtisadiyyat naziri Gürcüstanda müzakirələr aparacaq
18:45
495

İqtisadiyyat naziri Gürcüstanda müzakirələr aparacaq

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti  oktyabrın 27-28-də Gürcüstanda səfərdə olacaq.

Bu barədə nazirlikdən 7news.Az-a bildirilib. 

Nazirlikdən qeyd olunub ki, səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan- Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ