RU
İquain rəsmən
11:04
1401

İquain rəsmən "Yuventus"da

"Napoli"nin futbolçusu Qonzalo İquainin "Yuventus"a keçidi rəsmiləşib.

7News.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Q.İquainin transferi üçün Turin təmsilçisi "Napoli"yə 90 milyon avro təzminat ödəyəcək.

Bu, futbol tarixinin ən bahalı 3-cü transferidir.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə Qaret Beyl (100 milyon avro), 2-ci pillədə Kriştiano Ronaldo (94 milyon avro)  qərarlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ