RU
İquainin cəzası yüngülləşdirildi
11:48
1066

İquainin cəzası yüngülləşdirildi

İtaliya Futbol Federasiyası İntizam Komitəsi “Napoli”nin futbolçusu Qonzalo İquainlə bağlı şikayətinə baxıb.

7News.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, qurum argentinalı hücumçunun 4 oyunluq cəzasını 3-ə endirib.

Bu isə o deməkdir ki, Q.İquain “İnter” və “Bolonya” ilə matçları da buraxacaq. O, “Roma” ilə görüşdə isə oynaya biləcək.
 
Qeyd edək ki, Q.İquain İtaliya A seriyasının 31-ci turunda “Udineze” ilə matçdakı hərəkətlərinə görə  4 oyunluq cəzalandırılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ