Müğənni İradə İbrahimova Qurban bayramını ailəsi ilə birlikdə qeyd edib.
Sosial şəbəkədə yeni ailəvi fotosunu paylaşan ifaçı bayram təbriki yazıb:
“Qurban bayramınız mübarək olsun. Allah dualarınızı, qurbanlarınızı qəbul, təkrarını nəsib etsin”.
Qeyd edək ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailəlidir. Hazırda İstanbulda yaşayan cütlüyün İpək adlı qızı, Əli adlı oğlu var. /axsam
7news.az









