RU
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
14:48
79

İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır

Rəsmi Tbilisi Azərbaycanla bütün sahələrdə münasibətləri intensivləşdirməyi hədəfləyir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

"Biz şadıq ki, Azərbaycan Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır və ticarəti genişləndirməyə hazırıq", - o bildirib.

İ.Kobaxidze vurğulayıb ki, Azərbaycan və Gürcüstan Avropanı Asiya ilə birləşdirir:

"Buna görə də bu potensialdan maksimum istifadə etmək lazımdır".
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ