İran silahlı qüvvələri 2 min kilometr mənzilli "Hürrəmşəhr-4” adlı ballistik raketi sınaqdan keçirdiklərini açıqlayıb.
7NEWS.az xəbər verir ki, İran 2000 kilometr mənzilli yeni ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb. Xeybər (Hürrəmşəhr-4) adlı orta mənzilli ballistik raket yüksək rütbəli hərbçilərin iştirakı ilə keçirilən proqramla paytaxt Tehranda təqdim edilib.
Daha sonra dövlət televiziyası 2000 km mənzilli ballistik raketin təkmilləşdirilmiş versiyasının buraxıldığını bildirən bir neçə saniyəlik görüntüləri yayımlayıb.
7NEWS.az








