İran turizmi canlandırmaq üçün fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Əli Rza Bigdeli açıqlamasında bildirib ki, İranda turizm məqsədi ilə bəzi ölkələrin vətəndaşlarının birtərəfli vizadan azad edilməsi ilə bağlı göstəriş müvafiq qurumlara çatdırılıb. Bigdeli viza azadlığının Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və digər ölkələr də daxil olmaqla 28 ölkəyə tətbiq ediləcəyini bildirib.
7NEWS.az








