RU
İran ABŞ-a 6,7 milyard dollar təzminat cəzası verib
15:30
113

İran ABŞ-a 6,7 milyard dollar təzminat cəzası verib


İran məhkəməsi ABŞ-ın tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbiylə müalicə imkanları itirilən ölümcül Epidermolizis Bulloza (EB) xəstələrinin iddiasına görə ABŞ rəhbərliyinə 6 milyard 785 milyon dollar təzminat cəzası verib.

7NEWS.az xəbər verir ki, İranın ədliyyə sisteminə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Tehran Beynəlxalq Hüquq Məhkəməsi xalq arasında kəpənək xəstəliyi kimi tanınan EB xəstələri və onların ailələrinin açdığı işdə ABŞ hökumətinin maddi, mənəvi və cəza təzminatının ödənilməsinə qərar verib.  Qərarda qeyd olunub ki, ABŞ hökumətinin birtərəfli sanksiyaları səbəbindən ABŞ və Avropa şirkətləri xəstəliyin müalicəsi üçün lazım olan tibbi məhsulların İrana satışını dayandırıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ