RU
İran ABŞ-a məxsus F-35 qırıcısını vurduğunu açıqlayıb - YENİLƏNİB
10:20
16

İran ABŞ-a məxsus F-35 qırıcısını vurduğunu açıqlayıb - YENİLƏNİB

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus qırıcının vurulduğunu açıqlayıb.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb.

Qeyd olunub ki, bu, SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib.

İran hərbçiləri ekipaj üzvlərinin katapult etmə ehtimalının aşağı olduğunu vurğulayıb.

****
00:21

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində müasir qırıcı vurduğunu açıqlayıb.

Bu barədə İranın dövlət teleradio şirkəti SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, qurum "müasir düşmən qırıcısının” Qeşm adasının cənubunda ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi vasitəsilə vurulduğunu iddia edib.

Təyyarə Qeşm və Hengam adaları arasında dənizə düşərək batıb.

SEPAH həmçinin ABŞ prezidentinin İranın HHM sistemlərinin tam məhv edildiyi barədə bəyanatını təkzib edib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ