İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Bəsrə körfəzinə atılan raket ABŞ-a məxsus təyyarədaşıyan gəminin yaxınlığında dənizə düşüb.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Doyç Velle” qəzeti məlumat yayıb.
Bildirilib ki, Bəsrə körfəzinə iki raket buraxılıb.
ABŞ Silahlı Qüvvələrinin sözçüsü Kil Raynes İran ordusunun bu addımının olduqca təhlükəli olduğunu vurğulayıb:
“İranlılar atəşdən 23 dəqiqə əvvəl xəbərdarlıq etmişdilər. Lakin bu müddət olduqca az idi. İki raket atıldı. Onlardan biri gəmiyə 1500 metr məsafədə dənizə düşdü. Gəmi hədəf alınmamışdı. Lakin bu təxribatlar olduqca təhlükəlidir. Eyni zamanda qeyri-peşəkarlığın göstəricisidir”.
7news.az








