İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı şəxsən özü verib.
Bu barədə İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim İlahi TASS-a açıqlamasında deyib.
"Ali Rəhbərdə hər şey qaydasındadır, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmilərlə - prezident və parlament üzvləri ilə görüşlər keçirir. Atəşkəslə bağlı qərar ona məxsusdur”, - nümayəndə bildirib.
Qeyd edək ki, bundan əvvəl Qərb mətbuatında Müctəba Xameneinin ağır yaralandığı və komada olduğu barədə xəbərlər yayılıb.








