İranlı iş adamları Sumqayıtda dərman zavodu açacaq. Zavod Sumqayıt Kimya parkında tikiləcək.
7news.Az-ın xezerxeber-ə istinadən məlumatına görə, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, gələn həftə İranın nümayəndə heyəti Sumqayıtda dərman zavodunun tikintisi ilə bağlı Azərbaycana səfər edəcək. Dərman sahəsinin inkişafı isə qiymətlərin aşağı düşməsi ilə nəticələnəcək. O, İran vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsinə də toxunub.
Prezident İlham Əliyevin fevral ayının 23-də İrana səfərini dəyərləndirən bu ölkənin Azərbaycandakı səfiri Möhsün PakAyin tarixi "Xudafərin Sazişi"nin imzalanmasından da danışıb. Bildirib ki, İran Xudafərin körpüsünü və digər tarixi abidələri təmir edəcək.
7news.Az








