7News.az xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusundan verilən açıqlamaya görə, Bəhreyndəki ABŞ Hərbi Dəniz Donanması, Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ-ın Minhad bazası və Küveytdəki Amerika bazası raket və pilotsuz uçuş aparatları ilə vurulub. İnqilab Keşikçiləri, həmçinin Hörmüz boğazını qeyri-qanuni keçməyə cəhd edən ABŞ-ın müttəfiq neft tankerinə iki pilotsuz uçan aparat tərəfindən vurulduğunu bildirib.








