İran ABŞ-nin İslam Respublikasına qarşı sanksiyalarına qoşulan ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyəcək.
Bunu İranın hərbi sözçüsü Məhəmməd Əkrəminia İRNA xəbər agentliyinə müsahibəsində bildirib.
"Bundan sonra ABŞ-dən nümunə götürən və İrana qarşı sanksiyalar tətbiq edən ölkələr, şübhəsiz ki, Hörmüz boğazından tranzit keçməkdə çətinliklərlə üzləşəcəklər”, - o qeyd edib.








