`Türkiyə İranı özünə düşməni olaraq görmür`
Bu barədə baş nazir Əhməd Davudoğlu bildirib.
“İranın Qərblə razılaşmasını böyük məmnuniyyətlə qarşıladıq. Bu, dünya iqtisadiyyatının xeyrinədir. Biz İranı düşmən kimi görmürük. Bəzən münasibətlərimizdə yaxşı tendensiya, bəzən isə müəyyən gərginlik hiss olunur. Son 20 ildə İraq və Suriya məsələlərində fikir ayrılıqlarına baxmayaraq, münasibətlərimiz inkişaf edir”, - deyə Davudoğlu qeyd edib./azvision
7news.az








