Ərdəbilli deputat: “İran dövlət televiziyası "Həsənsoxdu dəyirmanı"na dönüb”
Ərdəbilin Meşkinşəhrdən seçilən deputatı Yunis Əsədi зarlametdə çıxışı zamanı İran televiziyasını sərt şəkildə tənqid edib.
Azərbaycan türklərinin təhqirindən bərk qəzəblənən deputat İran televiziyasını “Həsən soxdu dəyirmanı” adlandırıb.
“İran dövlət televiziyası Həsənsoxdu dəyirmanına dönüb. Yerindən duran televiziyaya sahiblik edir. Xalqın çox baxdığı verilişlərə müqqəva və canlı eşşəklərin (aparıcıları nəzərdə tutur red.) efirə çıxarılmağı bu millətə böyük bir təhqirdir. Bu teleziya rəhbərliyinin səriştəsliyidir”.
Onun bu çıxışı digər parlamentarilərinin də ürəyincə olub. Onlar yerdən “Ay maşallah. Əhsən!”, nidaları ilə Yunis Əsədiyə dəstək olublar./atv
7news.az








