RU
İran Ermənistana qaz ixracını 5 dəfə artırır
13:50
214

İran Ermənistana qaz ixracını 5 dəfə artırır

Əlirza Kamili danışdı.

İran 3-cü elektrik ötürücü xəttin inşası çərçivəsində Ermənistana qaz ixracı imkanlarını 5 dəfə artırmağı nəzərdən keçirir.

Bu barədə İranın Qaz İxracı üzrə Milli Şirkətinin direktoru Əlirza Kamili bildirib.

“Hətta İran və Ermənistan arasında birgə saziş əsasında qaz tədarükünün gündə 5 milyon kubmetrə qədər artırılması imkanları mövcuddur”, — Kamili deyib.

Onun sözlərinə görə, hazırda İran Ermənistana gündə təqribən 1 milyon kubmetr qaz ixrac edir.

Şirkət direktorunun fikrincə, yeni elektrik ötürücü xəttlərin tikilməsi İran qazının Ermənistana ixracında əsas amillərdən biri ola bilər./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ