7NEWS.az xəbər verir ki, İran ilk dəfə olaraq kosmosa daşıyıcı ilə 3 peyk göndərib. İran Kosmik Agentliyindən verilən açıqlamada, 450 dərəcə orbitdə fırlanan "Mahda" adlı peyki və Keyhan-2 və Hatef-1 adlı iki nanopeyki daşıyan Simurq raketinin müvəffəqiyyətlə orbitə çıxarıldığı açıqlanıb. Açıqlamada 32 kiloqram ağırlığında olan Mahdanın İranın qabaqcıl kosmos araşdırmaları üçün istifadə edilən peyklərinə kömək məqsədi ilə istehsal edildiyi və hazırda orbitdə olan Simurq adlı peykin araşdırma və məlumatlarını araşdıracağı bildirilib.
7NEWS.az








