İranın neft nazirinin müavini Çegeni İraqın təbii qaz borcunu tam ödədiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, İraqın borcunun sıfıra endirildiyini qeyd edən Çegeni, bəzən İraq Ticarət Bankı (TBI) vasitəsilə İrana pul köçürmələrində problemlər yaşandığını bildirib.
İraq ABŞ-ın Tehrana tətbiq etdiyi birtərəfli bank sanksiyaları səbəbindən elektrik enerjisi istehsalı üçün İrandan idxal etdiyi 2,6 milyard dollarlıq təbii qaz borcunu ödəyə bilmədiyini izah edirdi.
7NEWS.az








