“Səbirsizliklə gözləyirik”.
İran ordusunun komandanı Ataolla Salehi İsraili 25 il müddətinə məhv edəcəklərini bildirib.
7news.az Lenta.ru-ya istinadən xəbər verir ki, yüksək rütbəli hərbçinin sözlərini Tasnim agentliyi sitat gətirib.
“Biz İsraili mütləq məhv edəcəyik. Onların hücum etməsini səbirsizliklə gözləyirik. Əminliklə deyə bilərəm ki, biz İsraili 25 ildən az bir müddətə məhv edəcəyik”, - general-mayor Salehi müsahibəsində deyib.
O həmçinin qeyd edib ki, Tel-Əvivin süqutu ABŞ müsbət təsir edəcək. Amerika İsrail təsirindən azad olacaq.
7news.az








