7NEWS.az xəbər verir ki, İran Fars körfəzində neft tankerini ələ keçirib. İran Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada Marşal Adaları bayraqlı Advantage Sweet neft tankerinin beynəlxalq dəniz qaydalarını pozduğu əsası ilə ələ keçirildiyi bildirilib. Açıqlamada, sözügedən gəminin ötən gecə Fars körfəzində İran gəmisi ilə toqquşduğu, qəza nəticəsində iranlı ekipaj üzvlərindən ikisinin itdiyi, bəzilərinin isə yaralandığı bildirilib. Bildirilib ki, qəzadan sonra gəmi İran ərazi sularından qaçaraq Ərəb dənizinə gedib, lakin orada donanma tərəfindən aşkarlanıb.
7NEWS.az








