RU
İran neftin sərfəli qiymətini açıqladı
18:40
395

İran neftin sərfəli qiymətini açıqladı

İranın neft naziri Bijan Zanqane bildirib ki, neftin 55 dollar səviyyəsində qiyməti OPEK və İran üçün sərfəlidir.

7news.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

"Bu qiymət OPEK üzvləri tərəfindən neftin hasilatını iqtisadi cəhətdən sərfəli və səmərəli edir, rəqiblərin hasilatın səviyyəsini artırmasının qarşısını alır”, - deyən B.Zanqane, əlavə edib ki, təşkilatın üzvlərinin əksəriyyəti neftin qiymətinin 50-60 dollar səviyyəsində olmasında maraqlıdırlar. 

Nazir bəyanatlarını OPEK-in baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra edib. Görüşün gedişatında neft bazarında son hadisələr, hasilatın dondurulması məsələləri, eləcə də Rusiya-Suriya müqaviləsinin detalları müzakirə edilib. Onun sözlərinə görə, Tehran bazarın sabitləşməsinə istiqamətlənmiş istənilən tədbirləri dəstəkləyir. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ