İranda saxta spirtli içkidən ölənlərin sayı 194-ə çatıb.
7News.Az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumatdan bildirilib ki, koronavirusdan qorunmaq məqsədilə spirtli içki qəbul edib zəhərlənənlərin sayı minə çatır. Təkcə Xuzistan əyalətində 673 nəfər saxta spirtli içkidən zəhərlənib.
Ölkənin rəsmi dairələri spirtli içkidən zəhərlənənlərin sayının artacağını proqnozlaşdırıblar.
7News.Az








