Bu gün İran ordusu ölkənin cənub-şərqində genişmiqyaslı təlimə başlayıb.
7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, "Muhammad Rasoulallah Four" adı altında keçirilən təlimdə məqsəd quru qoşunlarının döyüş hazırlığı səviyyəsini yüksəltməkdir.
Təlim üç gün ərzində 220 kv. km. ərazidə keçiriləcək. General Seyid Kamal Peyğəmbəri deyib ki, təlim quru qoşunlarının istənilən təhlükəyə operativ reaksiya verməsini nümayiş etdirəcək. Quru qoşunlarının təlimi Hərbi Hava Qüvvələrinin və "Hatam əl-Anbiya" hava hücumundan müdafiə bazasının dəstəyi ilə keçirilir.
7news.Az








