PKK terror təşkilatı Qəndil dağının şərq tərəfində yerləşən 3 düşərgəsini İrana köçürüb.
7News.az "Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, terror təşkilatının bu addımı atmasına rəsmi Tehran izn verib. Onlar İran ərazisində son 8 ay ərzində yerləşməyə başlayıblar. PKK rəhbər heyətinin belə qərar qəbul etməsinə səbəb Türkiyənin İraqın şimalındakı əməliyyatlarını intensivləşdirməsi olub. Terror təşkilatı rəhbərləri bütün əməliyyatları İranda yaradılan "Şəhid Harun”, "Quran” və "Piran” düşərgələrindən idarə edirlər. PKK məhz bu düşərgələrdə əsas nəzəri və praktik təlimləri keçir. İndiyə qədər bu düşərgələr 5-7 min terrorçunun olduğu güman edilir.
7News.az








