RU
İran prezidentindən Trampa sərt reaksiya — Siyasət məsələsində səriştəsizsən
18:00
376

İran prezidentindən Trampa sərt reaksiya — Siyasət məsələsində səriştəsizsən

İranın prezidenti Həsən Ruhani ABŞ prezidenti Trampın viza qadağasına sərt reaksiya göstərib

Ruhani Tramp administrasiyasını siyasət məsələsində səriştəsiz adlandırıb.

Həsən Ruhani ABŞ-ın aralarında İran da olan 7 müsəlman ölkəsi vətəndaşlarının Birləşmiş Ştatlara girişinə qadağa qoyan qərarına reaksiya göstərib və deyib: "Başqa millətlərin vizalarını ləğv etmək siyasətə yeni başlayan insanların edəcəyi bir işdir".

Paytaxt Tehranda bir tədbirdə iştirak edən Ruhani deyib: "Bu gün xalqları bir-birindən ayırmaq günü deyil. Digər millətlərin vizalarını ləğv etmək siyasi arenaya yenicə qədəm qoyan insanların işi ola bilər. Bunlar siyasətə yeni atılıblar. Başqa sahədən siyasətə keçiblər. Onlar üçün yeni sayılan bu aləmi anlayana qədər həm özlərinə, həm də başqalarına ziyan vuracaqlar"./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ