RU
İran qadınlar millisinin qapıçısı kişidir? - Video
14:20
857

İran qadınlar millisinin qapıçısı kişidir? - Video

Qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündən sonra qalmaqal yaşanıb. 

Penaltilərdə rəqibinə uduzun iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia edib. 

Onlar bu barədə FİFA-ya şikayət də göndəriblər. 

İordaniya Futbol Federasiyası buna səbəb kimi penaltilər seriyasında İran yığmasının qapıçısının komandasına qələbə qazandırmasını göstərib. 

Federasiya rəsmilərindən biri açıqlama verərək FİFA-nı dərhal tədbir görməyə çağırıb: "Hər bir federasiyanın şübhəli halda şikayət etmək hüququ var. Biz də ali futbol qurumunu bu məsələni araşdırmağa çağırırıq”. 

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ