RU
İran Qeşm adasına tikiləcək körpü üçün çinlilərlə razılığa gəlib
15:40
48

İran Qeşm adasına tikiləcək körpü üçün çinlilərlə razılığa gəlib


İranın Azad Zonalar Ali Şurasının sədri Höccət Əbdülməki Fars körfəzindəki Qeşm adasını quru ilə birləşdirəcək 3,5 kilometr uzunluğunda körpünün tikintisi üçün çinlilərlə razılığa gəldiklərini bildirib.

7NEWS.az xəbər verir ki,təxminən 700 milyon dollar investisiya dəyəri olan körpünün tikintisinin yüzdə 18-nin artıq tamamlandığını bildirən Abdulmeki, İnqilab Keşikçiləri Ordusunun Hatemul Enbiya İnşaat Qərargahının körpü layihəsində maraqlı tərəflərdən biri olduğunu bildirdi. Sərbəst ticarət zonası olan adanı quruya bağlayacaq körpünün tamamlanması ilə iqtisadiyyata və turizmə qatqı təmin edilməsi hədəflənir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ