“Bizim Rusiya ilə hərbi sahədə əməkdaşlığımız güclənib”.
İran Rusiyadan T-90 tankı almaq niyyətində olduğunu bildirib.
Bu barədə İranın quru qoşunlarının komandiri Əhməd Reza Purdastan Tehranda yerli jurnalistlərə açıqlamasında bildirib.
“Bizim Rusiya ilə hərbi sahədə əməkdaşlığımız güclənib. Bu səbəbdən Rusiyadan T-90 tankının alınması gündəmdir. Ümid edirik ki, müvafiq razılıq əldə ediləcək və bizim mütəxəsisslərimiz Rusiyaya bu müasir texnikanın istifadə edilməsi qaydalarını öyrənmək üçün yollanacaqlar”, - general deyib./oxu
7news.az








