RU
İran Səudiyyə Ərəbistanı ilə neftlə bağlı
11:23
308

İran Səudiyyə Ərəbistanı ilə neftlə bağlı

“Neftin qiyməti bir həftəyə sabitləşərdi”.

İranın neft naziri Bican Zanqane İran tərəfinin Səudiyyə Ərəbistanı ilə beynəlxalq neft bazarında yaranan vəziyyətə dair dialoqa hazır olduğunu bəyan edib.

7News.Az xəbər verir ki, bu barədə PressTV məlumat yayıb.

“Biz OPEK-in üzv ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə dialoqun istənilən formasını dəstəkləyirik”, - o deyib.

Onun sözlərinə görə, İran körfəzinin bəzi ölkələri qiymətlərin ucuzlaşmasını dəstəkləyərək iqtisadi səmərə əldə etməyə cəhdlərini bəyan ediblər. Bununla yanaşı, nazir onların əldə etmək istədiklərinin heç də iqtisadi səmərə üçün olmadığını qeyd edib.

“Möhkəm siyasi iradə olduğu halda, neftin qiyməti bir həftəyə sabitləşərdi”, - Zanqane vurğlayıb.

Nazirin sözlərinə görə, neft istehsalçılarının heç biri xammalın cari qiymətlərindən razı deyil, belə ki, bu uzunmüddətli perspektivdə tədarükçülərə zərər vuracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ