RU
İran Səudiyyə Ərəbistanına etirazını bildirdi
00:41
372

İran Səudiyyə Ərəbistanına etirazını bildirdi

İran XİN-i Səudiyyə Ərəbistanının Tehrandakı müvəkkilini çağırıb və ona şiə xətibi Nimr ən-Nimrin edam olunması ilə bağlı etirazını bildirib, “Əl- Mayadin” telekanalı xəbər verir.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi terrorizmə və ona təhrikə görə məhkum edilmiş 47 nəfərin edam edilməsi haqqında bəyanat verib.

Nazirliyin bəyanatında şiə xətibi Nimr ən-Nimrin də edam edildiyi bildirilir.

Əvvəllər xəbər verilmişdi ki, Səudiyyə Ərəbistanı şiələri xətibin hökumət tərəfindən edam edilməsinə etiraz edirlər./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ