RU
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi dəyişib
21:00
1387

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi dəyişib

Əvvəlki baş qərargah rəisi ali liderin baş müşaviri təyin olunub.

İranın ali lideri, silahlı qüvvələrin baş komandanı Əli Xameneyinin sərəncamı ilə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi dəyişib.

7news.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə general-mayor Məhəmməd Baqeri təyin edilib.

Əvvəlki baş qərargah rəisi Həsən Firuzabadi isə ali liderin baş müşaviri təyin olunub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ